Bizi sosial şəbəkələrdən izləyin:
Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.