​​​​​​​“Meydan
Hadisə
138
18:15, Bu gün

​​​​​​​“Meydan" TV işi üzrə məhkəmədə ittiham aktı elan olunub

“Meydan" TV işi ilə bağlı məhkəmə baxışı başlayıb.

Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər vəkillərinin yanında əyləşiblər.

Vəkil Zibeydə Sadıqova vəsatət verərək prosesin ictimai maraq kəsb etdiyini nəzərə alaraq, çəkiliş aparılmasına icazə verilməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Eyni zamanda Aynur Elgünəşin əlilliklə bağlı pensiya kartının və məcburi köçkünlüklə bağlı kartının ibtidai istintaq tərəfindən qaytarılmadığı bildirilib. Bununla bağlı istintaqı aparan orqana sorğu verilməsi ilə bağlı vəsatət qaldırlıb. Məhkəmə vəsatəti təmin edib. İstintaq orqanına sorğu veriləcəyi bildirilib.

Prosesin davamın ittiham aktının elan olunmasına başlanılıb.

Növbəti proses yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.

Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Link kopyalandı!
Son xəbərlər