Şəkidə qorxulu gecə: Canavar hücumunun TƏFƏRRÜATI - VİDEO
Hadisə
713
21 Dec 2025 | 23:31

Şəkidə qorxulu gecə: Canavar hücumunun TƏFƏRRÜATI - VİDEO

Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın harayına gələn qonşular da yırtıcının hücumuna məruz qalıblar.

Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə dünən gecə saatlarında Şəkinin Bideyiz kəndində baş verib.

Kənd sakini Nazilə Qurbanova azyaşlı övladı ilə qonşuya yas məclisinə gedərkən kəndə soxulmuş canavarın hücumuna məruz qalıblar.

Canavar səs-küyə gələn qonşulara da hücum edib.

Yırtıcı heyvan 27 yaşlı Nazilə Qurbanovaya, 27 yaşlı Fariz Lətifova, 49 yaşlı Sevinc Qurbanovaya, 52 yaşlı Gündüz Lətifova və azyaşlıya xəsarət yetirib. Xəsarət alan 5 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına aprılıb.

Əl-ayaq, baş nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alan şəxslərə ilkin tibbi yardım göstərilib. Hadisə zamanı xəsarət alan uşaq və anasının isə xəstəxanada müalicəsi davam edir. Onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

 

Link kopyalandı!
Son xəbərlər