Tərtərdə kanalda batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə
529
12:05, Bu gün

Tərtərdə kanalda batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

Moderator.az xəbər verir ki, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.

Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

11:10

Tərtər şəhərində suvarma kanalında bir nəfərin batıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında bir nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər