Şəkidə canavar kəndə hücum edib 5 nəfəri yaraladı
Hadisə
4368
21 Dec 2025 | 00:31

Şəkidə canavar kəndə hücum edib 5 nəfəri yaraladı

Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Moderator.az Lent.az - a istinadla xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib. Kənd sakini olan müxtəlif yaş qruplarından olan 5 nəfərə canavar hücum edərək xəsarət yetirib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər