Ordubadda avtobus qaz xəttinə çırpıldı, 157 ev qazsız qaldı
Hadisə
1216
18:32, Bu gün

Ordubadda avtobus qaz xəttinə çırpıldı, 157 ev qazsız qaldı

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

Moderator.az apa-ya istinadla xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər