Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Hadisə
238
10:46, Bu gün

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi 3 azərbaycanlının həbs qətimkan tədbirinin müddətini uzadıb. Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev istintaq təcridxanasında qalacaqlar.
 
Moderator.az yerli mediaya istinadla bildirir ki, onların hər üçü Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi üzrə ittiham olunur (əvvəlcədən əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən, tamah məqsədi ilə və ya sifariş əsasında törədilmiş qətl).
 
Abbasov, Lalayev və Gənciyev 2026-cı il martın 29-dək həbsdə saxlanılacaqlar. İstintaq iddia edir ki, guya bu 3 nəfər mütəşəkkil cinayət qrupunun üzvləri olublar.
 
Qeyd edək ki, bu ilin iyun ayında Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirilib. Nəticədə 50-yə yaxın həmyerlimiz saxlanılıb və əməliyyat zamanı onlardan 2-si qətlə yetirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər