Qazaxda maşın hasara çırpıldı - Ölən və yaralanan var
Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.
Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı Nicat Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.