Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı
Hadisə
931
21:00, Bu gün

Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapıldı

Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə, meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər