Pakistan vətəndaşına qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
1631
18:58, Bu gün

Pakistan vətəndaşına qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə məhkəmə keçirilib.

Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində baş verib. İttihama görə, Yunis Ağayev əvvəlcədən tanış olduğu Pakistan Respublikasının vətəndaşı Fareed Ghulam Akhtar Muhammad Shakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub və onun cibində olan 430 manat nağd pulu, 5 manat dəyərində olan siqareti ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb. Yunis Ağayevə Cinayət Məcəlləsinin 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə yekun ittiham elan olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər