Bakıda pirotexniki vasitələrin satıldığı anbar aşkarlandı - VİDEO
243
12:30, Bu gün

Bakıda pirotexniki vasitələrin satıldığı anbar aşkarlandı - VİDEO

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.
 
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər