00:43
7°C
Bakı
Avtobuslar sərnişinləri düşürməkdə, piyadalar isə yolu keçməkdə çətinlik çəkirlər.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda, ticarət mərkəzinin qarşısındakı yol suyun içindədir.
Sakinlər deyirlər ki, axırıncı dəfə yağan yağışdan sonra göllənən su çəkilməyib.
Yolun bu vəziyyətdə olması həm də tıxac yaranmasına səbəb olur.
Avtobus sürücüləri bildirirlər ki, uşaqlı qadınları, yaşlı sərnişinləri yolun ortasında düşürməyə məcbur olurlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: