Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub
2764
18 Dec 2025 | 18:07

Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutulub

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Sədərək rayonu Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Aləmzər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər