Astarada marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb
Hadisə
175
17:10, Bu gün

Astarada marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb

Astara rayonu, Şiyəkəran kəndində fəaliyyət göstərən, fiziki şəxs Aynura Hacıhüseyn qızı Bağırovaya məxsus "Dolu" marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, marketdə yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları və mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər