Nadir Hüseynovun maşını dayanacağa çırpılıbmış - Hadisənin TƏFƏRRÜATI
Hadisə
599
11:47, Bu gün

Nadir Hüseynovun maşını dayanacağa çırpılıbmış - Hadisənin TƏFƏRRÜATI

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
 
Hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı avtobus dayanacağına çırpılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Bu zaman həmçinin dayanacaqda olan qadın xəsarət alıb.
 
Bildirilir ki, qəzadan əvvəl Nadir Hüseynovun səhhətində ciddi problem yaranıb və o, ani olaraq nəqliyyat vasitəsinin idarəetməsini itirib.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. /Qafqazinfo/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər