Sumqayıtda “işə düzəltmək” fırıldağı - 7 min manat alan qadın saxlanıldı
Hadisə
527
11:21, Bu gün

Sumqayıtda “işə düzəltmək” fırıldağı - 7 min manat alan qadın saxlanıldı

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib.
 
Moderator.az xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
 
Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.
 
Faktlar üzrə zəruri araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər