Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq öldü
Hadisə
520
10:55, Bu gün

Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq öldü

Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılıb. Bir qədər sonra onun yanmış meyiti aşkar edilib.
 
İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
 
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər