Ordubadı qazla təmin edən kəmərdə qəza olub
Hadisə
1137
18 Dec 2025 | 09:14

Ordubadı qazla təmin edən kəmərdə qəza olub

Ordubadı qazla təmin edən qaz kəmərində qəza olub.
 
Moderator.az xəbər verir ki, Ordubad rayonunu təbii qazla təmin edən 219 mm yüksək təziqli qaz kəmərində avtomobil qəzası olub.
 
Hadisə Culfa rayonu ərazisində qeyfə alınıb və qəza baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.
 
Hazırda qəza bərpa işləri aparılır. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər