Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - İDDİA - VİDEO
Hadisə
270
17 Dec 2025 | 23:30

Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - İDDİA - VİDEO

Bakının Qaradağ rayonunun Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında dünyasını dəyişib.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sevda müəlliməni illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlinin ölüm xəbərini də ilk qayınatası alıb.

Qeyd olunub ki, üç övlad anası olan müəllimənin ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub.

Yaxınları deyiblər ki, əməliyyatdan sonra onun sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər