Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Hadisə
318
17 Dec 2025 | 22:30

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb.

Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin (Mirmahmud Mirəlioğlu) nəvəsidir.

Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil. Onun üç övladı erkən həyatdan köçüb.

İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürəktutmasından vəfat edib.

2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.

2016-cı ildə Mirəlioğlunun 11-ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən dünyasını dəyişib.

Link kopyalandı!
Son xəbərlər