Ağdamda traktorçu minaya düşdü - YENİLƏNİB
Hadisə
1146
09:09, Bu gün

Ağdamda traktorçu minaya düşdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
 
Moderator.az-ın məlumatına görə, bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.
 
"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.
 
17 dekabr
22:10
 
Ağdamda traktorçu minaya düşüb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Kənd sakini Məlik Qədir oğlu Məmmədov sahədə soğan səpərkən minaya düşüb. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər