Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi
Hadisə
296
19:40, Bu gün

Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi

Bakıda tanışına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən, əvvəllər bir neçə dəfə məhkum olunmuş Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Fuad Rəcəbzadə 15 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror ötən prosesdə müttəhimin 17 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çoxsaylı bədən xəsarətləri yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.

Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluğu olub. Növbəti dəfə isə onun əməli residiv sayılaraq ona daha ağır cəza verilib.

Link kopyalandı!
Son xəbərlər