Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanılıb
Hadisə
1395
17 Dec 2025 | 18:55

Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanılıb

Biləsuvar şəhəri ərazisində axşam saatlarında yolun kənarında saxlanılmış "Vaz 21074" markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.

Moderator.az-ın məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.

Avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər