12 il əvvəl Rusiyada qadını zorlayaraq öldürənlər məhkəmədə nəyi etiraf etdilər?
Hadisə
232
17:47, Bu gün

12 il əvvəl Rusiyada qadını zorlayaraq öldürənlər məhkəmədə nəyi etiraf etdilər?

12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elxan Xuduyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Seymur Məmişovun sərbəst ifadəsi dinlənilib.

"Mən Elxanla bir yerdə işləyirdim, suvaq vururduq. Azaliya ilə biz əvvəldən tanış idik. Onu dəvət edib qarşıladıq. Birlikdə yemək yeyib, spirtli içki qəbul etdik. Elxan onunla intim əlaqədə olmaq üçün digər otağa keçdi. Bir qədər keçdikdən sonra Azaliyanın qışqıraraq Elxana yalvarmağını eşitdim. Qız onu buraxmağı üçün yalvarırdı. O bizi onu zorlamaya görə polisə şikayət etməyi ilə hədələdi. Sonra onu öldürmək qərarına gəldik", - deyə Məmişov bildirib.

Təqsirləndirilən daha sonra ifadəsində vurğulayıb ki, Elxan yenidən həmin otağa qayıdaraq Azaliyanın boğazından tutub boğmağa başlayıb. Seymur da qızın ayaqlarından tutaraq onun hərəkət etməsinin qarşısını alıb.

Növbəti proses yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikası ərazisində baş verib. Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Aslanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq edərək onu zorlayıblar. Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Link kopyalandı!
Son xəbərlər