Nadir Hüseynovun qəza nəticəsində ölümü ilə bağlı YENİ DETALLAR
Hadisə
159
17:10, Bu gün

Nadir Hüseynovun qəza nəticəsində ölümü ilə bağlı YENİ DETALLAR

Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.

Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib.

İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığı nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər