22 yaşlı Məleykə əməliyyatdan 5 gün sonra vəfat etdi
Hadisə
280
12:52, Bu gün

22 yaşlı Məleykə əməliyyatdan 5 gün sonra vəfat etdi

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
 
Hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
 
Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.
 
Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.
 
Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
 
Qeyd edək ki, ölən qadın 5 ildir evli olub və onun bu evlilikdən iki azyaşlı qızı var.
 
Hazırda faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (Bizim.Media)
Link kopyalandı!
Son xəbərlər