Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bıçaqlanma olub.
Moderator.az xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Heydərzadə Faiq Sahil oğlu sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi Şərur Rayon Prokurorluğu tərəfindən araşdırılır.