Sabirabadda qadın məşuqunun arvadının iş yerinə basqın etdi, cəza aldı – TƏFƏRRÜAT
Hadisə
293
10:35, Bu gün

Sabirabadda qadın məşuqunun arvadının iş yerinə basqın etdi, cəza aldı – TƏFƏRRÜAT

Sabirabad rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
 
1981-ci il təvəllüdlü Şəmsiyyə Kazımova münasibətdə olduğu kişinin həyat yoldaşı Fəxriyyə Səlimova (ad-soyadlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisə dava-dalaşla nəticələnib.
 
Kazımovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə izahat verən Kazımova bildirib ki, zərərçəkmiş Fəxriyyənin əri Elmar artıq 7-8 ildir onunla ər-arvad kimi yaşayır:
 
“Bizim kəbinimiz də var. Fəxriyyənin ünvanıma işlətdiyi ifadələri mənə Elmar dedi. Mən də Elmara Fəxriyyənin iş yerinə gələrək orada məsələni aydınlaşdıracağımı bildirdim. Buna görə Elmarın çağırışı ilə Fəxriyyənin iş yerinə getdim. Əvvəlcə mən də onun ünvanına nalayiq ifadələr işlətdim. Amma Fəxriyyənin məni təhqir etməsi ilə bağlı əlimdə sübut yoxdur”.
 
İş üzrə zərərçəkmiş Səlimovanın sözlərinə görə, Şəmsiyyə onun ailəsini dağıtmaqla məşğuldur: “Şəmsiyyə mənim iş yerimə hücum etdi, nalayiq ifadələrlə məni təhqir elədi. Bundan sonra onun barəsində şikayət etdim”.
 
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Kazımova 100 manat miqdarında cərimə edilib.
Link kopyalandı!
Son xəbərlər