Balakəndə baş verən qəzada ölənlərin sayı artıb
1767
16 Dec 2025 | 21:35

Balakəndə baş verən qəzada ölənlərin sayı artıb

Balakənin rayonun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

Moderator.az-ın məlumatına görə, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər