Rusiyadan idxal olunan minlərlə qida əlavəsi məhv edildi
Hadisə
973
16 Dec 2025 | 16:43

Rusiyadan idxal olunan minlərlə qida əlavəsi məhv edildi

"Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 10 000 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi həyata keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, müayinə nəticəsində qida əlavələrində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Link kopyalandı!
Son xəbərlər