Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanıldı
Hadisə
670
13:06, Bu gün

Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonunda evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər