18:01
9°C
Bakı
Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində avtomobil yanıb.
Moderator.az xəbər verir ki, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.