Hacıqabulda ağır qəza, ölən var
2929
16 Dec 2025 | 00:50

Hacıqabulda ağır qəza, ölən var

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, qəza gecə saatlarında Kürdəmir yolunda, paytaxt istiqamətində qeydə alınıb.

Qəza zamanı DAF markalı yük maşını daşla yüklü "KamAZ"a çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, DAF-ın sürücüsü hadisə yerində həyatını itirib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb ediliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər