20:43
6°C
Bakı
Balakəndə “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.
Moderator.az-ın məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Talalar kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-nın Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.