Şair Vüqar Əhməd saxlanıldı və buraxıldı - YENİLƏNİB
Hadisə
949
19:17, Bu gün

Şair Vüqar Əhməd saxlanıldı və buraxıldı - YENİLƏNİB

Tanınmış şair Vüqar Əhməd sərbəst buraxılıb.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat katibi Gülnar Səma məlumat verib.

O, Vüqar Əhmədin hansı qurum tərəfindən saxlanıldığını bilmədiyini deyib.

Qeyd edək ki, Vüqar Əhmədin bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yayılmışdı.

Onun niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.

19:05

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

Moderator.az xəbər verir ki, o səhər saatlarında işə gedərkən saxlanılıb. 

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.

Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".

Link kopyalandı!
Son xəbərlər