Tahir İmanovun adından pul yığılır - VİDEO
Hadisə
473
18:27, Bu gün

Tahir İmanovun adından pul yığılır - VİDEO

“Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.

Moderator.az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.

O əlavə edib ki, bu, dələduzluqdur:"Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın".

T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.

Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, "planetparniizbakuofficial" səhifəsindən edə bilər:

"Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır".

Link kopyalandı!
Son xəbərlər