21:25
7°C
Bakı
Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.
Moderator.az "Report"a istinadla xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedin idarəetməsini itirərək yıxılıb.
Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.