Ağstafalı şair Qurban Həmidoğlu vəfat edib - FOTO
Hadisə
355
17:20, Bu gün

Ağstafalı şair Qurban Həmidoğlu vəfat edib - FOTO

Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, Ağstafa rayonunun ictimai-mədəni həyatında hər zaman fəallığı ilə seçilən qocaman şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Ağstafa Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, vəfatı ilə əlaqədar şairin Ağstafa şəhərində yaşadığı ünvanda keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Qurban Həmid oğlu Nəbiyev 1947-ci il oktyabrın 30-da Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. İxtisasca mühəndis olan sənət adamı ailəli olub, iki qız və bir oğul övladı dünyaya gəlib. "Şair niyə qocalmasın", "Kövrək olur şair qəlbi", "Poeziya mənim həyatımdır" və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görüb.

Ağstafalı şair Qurban Həmidoğlu vəfat edib

Link kopyalandı!
Son xəbərlər