Seçki məntəqəsinin sədri faciəli şəkildə öldü
4587
15 Dec 2025 | 10:00

Seçki məntəqəsinin sədri faciəli şəkildə öldü

Qubada 41 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə dekabrın 15-i saat 00:10 radələrində Quba rayon Dağlı kəndində qeydə alınıb.
 
Belə ki, rayonun Dağlı kənd sakini 41 yaşlı Atayev Vüqar Qədirağa oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
 
Qeyd edək ki, V.Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri olub.
 
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər