Bizi sosial şəbəkələrdən izləyin:
Goranboyda piyada yol qəzasında xəsarət alıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. Belə ki Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini - 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.