Qusarda qəzada ölənlərin və yaralananların adları - YENİLƏNİB
Hadisə
1070
14 Dec 2025 | 20:12

Qusarda qəzada ölənlərin və yaralananların adları - YENİLƏNİB

Qusarda avto qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
 
Moderator.az xəbər verir ki, Qusarın Ləyər kəndi ərazisində "KİA-Seranto" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində, Bakı şəhər sakinləri - 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.
 
 Avtomobildə olan digər şəxslər, Bakı şəhər sakinləri -  sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar rayon mərkəzi xəstəxanasına aparılıblar.
 
Qəza ilə bağlı araşdırma aparılır.
 
17:34
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
 
FHN-dən Moderator.az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
 
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Link kopyalandı!
Son xəbərlər