20:26
4°C
Bakı
Qobustanda yolların buz bağlaması zəncirvari yol-nəqliyyat hadisəsinə səbəb olub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gənci ərazisində qeydə alınıb.
Belə ki, hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
