Göygöldə avtomobil aşıb: Ölən var
Hadisə
2946
14 Dec 2025 | 12:36

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub. Piyada hadisə yerində ölüb. Qəzadan sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb, daha sonra aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər