Şirvanda hamamda yıxılan qadın iki həftə sonra öldü
Hadisə
611
13 Dec 2025 | 20:22

Şirvanda hamamda yıxılan qadın iki həftə sonra öldü

Şirvan şəhərində baş verən bədbəxt hadisə ölümlə nəticələnib.

Moderator.az xəbər verir ki, hadisə L.İbrahimov küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Noyabrın 27-də 67 yaşlı Xuraman Nəsir qızı Səfərova evinin hamam otağında ehtiyatsızlıq nəticəsində yıxılıb. Xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, iki həftə sonra vəfat edib.

Hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər