Yük avtomobili yaşlı qadını vuraraq öldürdü
Hadisə
142
15:10, Bu gün

Yük avtomobili yaşlı qadını vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn qəza baş verib. 

Moderator.az xəbər verir ki, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub. 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.  

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur. 

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər