13:36
14°C
Bakı
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.
Moderator.az xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.
1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.