Güclü yanğın baş verdi - İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib - VİDEO
Hadisə
491
10:40, Bu gün

Güclü yanğın baş verdi - İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Moderator.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondördmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin mətbəxində paltaryuyan, qaz sobası və 3 perimetr mətbəx mebeli yanıb. İki nəfər xəsarət alıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20 nəfər bina sakini təxliyə olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər