Naxçıvanda yasda 20 nəfər dəm qazından zəhərlənib
Hadisə
313
19:00, Bu gün

Naxçıvanda yasda 20 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

Moderator.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər