Bakıda marşrut avtobusunda dava, sürücü döyüldü
Hadisə
158
18:00, Bu gün

Bakıda marşrut avtobusunda dava, sürücü döyüldü

Bakıda avtobusda dava düşüb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti, 32 ünvanında baş verib.

İmişli rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Məmmədov (soyadı şərtidir) səhər saatlarında işə getmək üçün 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusa əyləşib. Avtobus Babək prospekti, 32 ünvanındakı dayanacaqda dayanıb. Bu vaxt bir neçə sərnişin avtobusun arxa qapısından içəri girmək istəyib. Sürücü onlara qabaq qapıdan girməyi xahiş edib. Bu vaxt avtobusda olan E.Məmmədov sürücünü təhqir edərək, arxa qapını açmağı tələb edib. Sürücü isə ona məhəl qoymayıb və arxa qapını açmayıb. Bundan qəzəblənən E.Məmmədov qabaq qapıya yaxınlaşaraq sürücüdən avtobusdan düşməyi tələb edib. Sürücü isə düşməyib. E.Məmmədov sürücüyə bir neçə yumruq zərbəsi endirməklə ona xəsarətlər yetirib və qaçıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının tədbirləri ilə E.Məmmədov saxlanılıb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədov 1 500 manat cərimə edilib.

Link kopyalandı!
Son xəbərlər