Ucarda canavarlar kəndə hücum ediblər
2135
12 Dec 2025 | 15:26

Ucarda canavarlar kəndə hücum ediblər

Ucarda vəhşi heyvanlar kəndə hücum ediblər.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib.
 
Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar altı baş qoyunu parçalayıblar. Ev sahibinin dediyinə görə, ona təxminən 2 500 manat maddi ziyan dəyib.
 
Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər